...

Azərbaycan Prezidenti Administrasiyası Qərb dairələrini Xocalı aeroportu ilə bağlı konkret mövqe ortalığa qoymamaqda günahlandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 16:40 (UTC +04:00)
Ermənilər belə məsələlərdə ustaddırlar, onlar belə addımları tez-tez atmaq istəyirlər. Trend-in məlumatına görə, bunu Novruz Məmmədov Ermənistanın Xocalı aeroportundan dünən ilk uçuşu həyata keçirəcəyini bəyan etməsi, lakin bunu həyata keçirməməsi məsələsinə münasibət bildirərkən deyib.
Azərbaycan Prezidenti Administrasiyası Qərb dairələrini Xocalı aeroportu ilə bağlı konkret mövqe ortalığa qoymamaqda günahlandırır

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir M.Əliyev/

Ermənilər belə məsələlərdə ustaddırlar, onlar belə addımları tez-tez atmaq istəyirlər. Trend-in məlumatına görə, bunu Novruz Məmmədov Ermənistanın Xocalı aeroportundan dünən ilk uçuşu həyata keçirəcəyini bəyan etməsi, lakin bunu həyata keçirməməsi məsələsinə münasibət bildirərkən deyib.

"Bununla, ermənilər bir tərəfdən bilmək istəyir ki, doğrudan da uçuşa başlamaqla bağlı bəyanat verəndə, hansı mövqe olacaq. Digər tərəfdən, təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, ümumiyyətlə, çox zaman beynəlxalq hüquqdan dəm vuran Qərb siyasi, dövlət və hökumət nümayəndələri bu məsələ ilə bağlı öz konkret mövqelərini bildirmirlər. Onlar bu mövqeyi bildirmədikcə, beynəlxalq hüquqa, onun norma və prinsiplərinə də öz münasibətlərini bu cür nümayiş etdirirlər", - Məmmədov deyib.

Məmmədov bildirib ki, Azərbaycan belə bir addımı Ermənistan-Azərbaycan, Dağlıq Qrabağ münaqişəsinin tənzimlənməsi prosesində gedən danışıqlara, beynəlxalq münasibətlərə təxribat xarakterli addım kimi qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti