...

ATƏT PA-nın iclasında Xocalı aeroportu ilə bağlı məsələ müzakirə edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 22:08 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının iclasında Xocalı aeroportu ilə bağlı məsələ müzakirə edilib.
ATƏT PA-nın iclasında Xocalı aeroportu ilə bağlı məsələ müzakirə edilib

Azərbaycan, Bakı, 21 fevral /Trend/

ATƏT-in Parlament Assambleyasının iclasında Xocalı aeroportu ilə bağlı məsələ müzakirə edilib. Trend-in məlumatına görə, Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev iclasda çıxış edərək, bildirib ki, Ermənistanın Xocalı aeroportundan istifadə etməsi qeyri-qanunidir.

"Ermənistan işğal altında saxladığı Xocalı aeroportundan istifadə etməsilə Azərbaycanı təhdid edir. Bu hava məkanı Azərbaycana məxsusdur. Ona görə də, aeropotun Ermənistan tərəfindən istifadəsi qeyri-qanunidir" - deyə millət vəkili çıxışda bildirib.

Quliyev deyib ki, hazırda Ermənistanın addımları aeroportun işə salınmasına istiqamətlənib. Bu da aviasiya haqqqında beynəlxalq qanunların, xüsusilə də, beynəlxalq mülki aviasiya ilə bağlı Çikaqo konvensiyasının pozulması deməkdir.

"Bu münasibətlə Azərbaycan Çikaqo konvensiyasından hüquqi istifadəni güclənirir" - deyə deputat söyləyib.

"Əlbəttə ki, Xocalı aeroportunun işə salınması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ciddi əngəl törədir. Ona görə də, Ermənistanın bu addımı konfliktin həllinə mane olan təxribat kimi qəbul edilməlidir. Çünki, bu cür addımlar qarşılıqlı etimadı sual altına qoyur. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) və Mülki Aviasiya üzrə Avropa Konfransı (ECAC) da bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir" - deyə Quliyev əlavə edib.

Quliyev, həmçinin, Ermənistan hökumətini bütün region üçün gözlənilməz nəticələrə gətirib çıxaracaq hüquqazidd addımlar atmaqdan çəkinməyə də çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti