...

Azərbaycanda 13 ədəd tank əleyhinə mina aşkar edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2013 16:12 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) fevral ayında mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.
Azərbaycanda 13 ədəd tank əleyhinə mina aşkar edilib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) fevral ayında mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, fevral ayı ərzində 1,702,745 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 974 PHS və 13 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 218,287,811 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 678,613-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti