...

Azərbaycan Parlamentinin deputatı avropalı həmkarları ilə Ermənistanın Xocalı aeroportunun işə salmaq cəhdlərini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2013 19:24 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı Azay Quliyev Avropa Parlamentində Ermənistanın Xocalı aeroportunun işə salmaq cəhdləri və fevralın 26-da Fransa parlamentində fiziki zorakılığa məruz qalmış iki nəfər tələbimiz haqqında müzakirələr aparacaq. Bu barədə bazar günü Trend-ə Quliyevin özü məlumat verib.
Azərbaycan Parlamentinin deputatı avropalı həmkarları ilə Ermənistanın Xocalı aeroportunun işə salmaq cəhdlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Parlamentinin deputatı Azay Quliyev Avropa Parlamentində Ermənistanın Xocalı aeroportunun işə salmaq cəhdləri və fevralın 26-da Fransa parlamentində fiziki zorakılığa məruz qalmış iki nəfər tələbimiz haqqında müzakirələr aparacaq. Bu barədə bazar günü Trend-ə Quliyevin özü məlumat verib.

Deputatın sözlərinə görə, martın 18-21-də Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti Komitəsinin növbəti görüşündə iştirak etmək üçün Beliçikanın paytaxtı Brüsselə səfər edəcək.

Quliyev Avropa Parlamentinin bir sıra üzvləri ilə Ermənistanın Xocalı aeroportunun işə salmaq cəhdləri və fevralın 26-da Fransa parlamentində fiziki zorakılığa məruz qalmış iki nəfər tələbimiz
haqqında müzakirələr aparacaq.

Komitənin görüşdə gündəlikdə duran- keçən ilin aprelində Avronest PA-nın Bakıda keçirilən görüşü zamanı qəbul edilmiş "Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinin inkişafı" adlı qətnamədən irəli gələn vəzifələr, "Şərqi Avropa ölkələrində yoxsulluq və sosial təcridlə mübarizəyə dair" məruzə layihəsinin müzakirəsi və gender bərbərliyi Avropa İttifaqının əsas dəyəri kimi mövzusu və digər məsələlər müzakirə olunacaq.

Martın 20-də Quliyevin Avropa Parlamentinin Büdcə Məsələləri Komitəsinin təşəbbüsü ilə keçiriləcək "Şərq Tərəfdaşlığının Maliyyələşdirilməsi" adlı ictimai dinləmədə iştirakı da gözlənilir.

İctimai dinləmələrdə Şərq Tərəfdaşlığının 2014-2020-ci illərdə maliyyələşdirilməsinin gələcək perspektivləri və Avropa Komissiyasının ayırdığı qrantların həyata keçirilməsilə bağlı problemlərin müzakirəsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti