...

Əli Əhmədov: Azərbaycanın güclü mövqeyi ermənilər tərəfindən Xocalı aeroportu ilə bağlı təxribatın qarşısını almaq iqtidarındadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2013 10:26 (UTC +04:00)
Azərbaycanın güclü mövqeyi ermənilər tərəfindən Xocalı aeroportu ilə bağlı təxribatın qarşısını almaq iqtidarındadır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
Əli Əhmədov: Azərbaycanın güclü mövqeyi ermənilər tərəfindən Xocalı aeroportu ilə bağlı təxribatın qarşısını almaq iqtidarındadır

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın güclü mövqeyi ermənilər tərəfindən Xocalı aeroportu ilə bağlı təxribatın qarşısını almaq iqtidarındadır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Əhmədov deyib ki, bir çox beynəlxalq təşkilatlar, Avropa təşkilatları, o cümlədən müxtəlif zamanlarda həmsədrlər Xocalıdakı aeroportun açılmasının bütövlükdə Cənubi Qafqazda sülh prosesinə ciddi ziyan vuracağı haqqında çox sərt bəyanatlar veriblər.

"Bu bəyanatlar kifayət qədər ciddi bəyanatlar idi və onların səsləndirilməsi erməni tərəfinin atdığı addımın təxribat xarakteri daşıdığından xəbər verir", - o deyib.

YAP icra katibi bildirib ki, əgər ermənilər öz təxribatçı əməllərindən əl çəkmək istəmirlərsə, bu onların dünya birliyinə meydan oxumaq niyyətlərindən xəbər verir.

"Düşünmək istəyirəm ki, bu təxribatın ermənilər tərəfindən yürüdülməsinə dünya birliyi, müvafiq beynəlxalq təşkilatlar imkan verməyəcəklər. Digər tərəfdən Azərbaycanın güclü mövqeyi ermənilər tərəfdən Xocalı aeroportu ilə bağlı təxribatın qarşısını almaq iqtidarındadır", - Əhmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti