...

Türkiyə-Ermənistan sərhədində “Hamımız qarabağlıyıq” adı altında etiraz aksiyası keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2013 14:34 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədində “Hamımız qarabağlıyıq” adı altında etiraz aksiyası keçiriləcək.
Türkiyə-Ermənistan sərhədində “Hamımız qarabağlıyıq” adı altında etiraz aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir R.Hafizoğlu

Sabah Türkiyənin Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi Türkiyə - Ermənistan sərhədində Ermənistana qarşı "Hamımız qarabağlıyıq" adlı aksiya keçirəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.

Dərnəyin rəhbəri Göksel Gülbey verdiyi açıqlamada etiraz aksiyasının keçirilməsində əsas məqsədin 1915 - 1918 ci illərdə ermənilərin deyil, türklərin və bölgədə yaşayan müsəlmanların ermənilər tərəfindən kütləvi sürətdə qətlə yetirildiyini dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti