Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/
Birinci Cənubi Qafqaz Forumunun Bakı bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin düzgün həll olunması istiqamətində növbəti çağırış olacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Komitə sədrinin sözlərinə görə, yekun bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT qətnamələrinin həyata keçirilməsi, Minsk qrupunun fəaliyyətinin daha da gücləndirilməsinə dair çağırışların yer alacağı da gözlənilir.