...

Erməni silahlı bölmələri dünən və bu gecə Azərbaycanın mövqelərini yenidən atəşə tutublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2013 09:55 (UTC +04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Azərbaycanın mövqelərini yenidən atəşə tutublar.
Erməni silahlı bölmələri dünən və bu gecə Azərbaycanın mövqelərini yenidən atəşə tutublar

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İ.İsabalayeva/

Erməni silahlı bölmələri dünən və bu gecə Azərbaycanın mövqelərini yenidən atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnosesk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti