...

ABŞ, RF və Fransa prezidentləri Dağlıq Qarabağ problemi üzrə bəyanat qəbul edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2013 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Vladimir Putin və Fransua Olland G8 sammiti çərçivəsində danışıqların yekunu üzrə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edəcəklər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü RF Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

Uşakov bildirib: "100 faiz əminliklə deyə bilərəm ki, Obama, Putin və Olland Dağlıq Qarabağ problemi üzrə bəyanat qəbul edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti