...

Ermənilər atəşkəs rejimini pozmaqda davam edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2013 09:47 (UTC +04:00)
Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimi pozulub.
Ermənilər atəşkəs rejimini pozmaqda davam edirlər

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimi pozulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti