...

Azərbaycan XİN: Edvard Nalbandyanın bəyanatı Yerevanın real fəaliyyətinə uyğun gəlmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2013 18:15 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın avropalı deputatlar qarşısında verdiyi bəyanat Yerevanın real fəaliyyətinə uyğun gəlmir. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Azərbaycan XİN: Edvard Nalbandyanın bəyanatı Yerevanın real fəaliyyətinə uyğun gəlmir

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın avropalı deputatlar qarşısında verdiyi bəyanat Yerevanın real fəaliyyətinə uyğun gəlmir. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, Nalbandyanın bəyan etdiyi etimad tədbirlərinin aktivləşdirilməsi kimi hərəkətlərə rəsmi Yerevan maneə törədir və törətməkdə davam edir.

Abdullayev qeyd edib ki, Nalbandyan imkan düşən kimi yalan məlumat verməyə çalışır: "Nalbandyanın çıxışı mətni əzbərləyən və ilk fürsətdəcə onu təkrarlayan şagirdin hərəkətini xatırladır".

Abdullayevin sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə və yerli əhalini qanlı etnik təmizləmələrə məruz qoymaqla artıq güc tətbiq edib:

"Bəli, Azərbaycan hazırda regionun ən güclü, ən yaxşı təlim görmüş və təchiz edilmiş ordusuna malikdir. Ərazilərinin 20 faizi işğal edilmiş, 1 milyon qaçqın və məcburi köçkünü olan ölkənin güclü dövlətçilik institutu və Azərbaycan xalqının təhlükəsizliyinin zəmanəti kimi güclü ordusu olmalıdır".

XİN rəsmisi bildirib ki, hazırda regiondakı gərginlikdə və regionun təhlükəsizliyinin təhdid altında olmasında Ermənistan günahkardır. Yerevan öz işğalçılıq siyasəti üzərində ciddi düşünməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti