Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycan Milli Ordusunun giziri cəbhə xəttində şəhid olub.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 29-da saat 20:45-də Tərtər rayonunun Çaylı kəndi yaxınlığında N saylı hərbi hissənun giziri 1989-cu il təvəllüdlü Abdullayev Kainat Məhəmmədəli oğlu düşmən gülləsindən şəhid olub.
Qeyd edək ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Aygedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.