Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/
Azərbaycan Ordusunun Ağdam, Füzuli və Goranboy rayonlarındakı mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.