...

Minsk qrupunun həmsədrləri noyabrın 4-də Yerevana gələcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Noyabr 2013 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), İqor Popov (Rusiya) və Ceyms Uorlik (ABŞ) noyabrın 4-də Yerevana gələcəklər.

Trend-in "Armenia Today"ə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində həmsədrlərin Ermənistan Prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşləri planlaşdırılıb.

Bu dəfə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər nəzərdə tutulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti