...

Cəbhə xəttində vəziyyət yenidən gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2013 09:31 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində vəziyyət yenidən gərginləşib

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Cəbhə xəttində vəziyyət yenidən gərginləşib.

Trend Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Şıxlar, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti