...

Əhməd Davudoğlu: Türkiyənin istəyi Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2013 12:03 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Ankaranın istəyi Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasıdır.
Əhməd Davudoğlu: Türkiyənin istəyi Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasıdır

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Ankaranın istəyi Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasıdır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İxlas" agentliyi xəbər verib.

XİN rəhbəri bildirib: "Ankaranın istəklərindən və hədəflərindən biri Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasıdır".

Ə.Davudoğlunun sözlərinə görə, Ermənistan Azərbaycan əlaqələrinin normallaşması və Cənubi Qafqazda stabilliyin bərqərar olması üçün Ankara üzərinə düşən hər bir şeyi etməyə hazırdır.

Nazir onu da qeyd edib ki, Türkiyənin hədəflərinin arasında Ankara-Yerevan münasibətlərinin normallaşması da yer alır.

Dekabrın 12-də Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısına dəvət edilməsinə münasibət bildirən XİN rəhbəri deyib ki, bu dəvət protokolxarakteri daşıyır.

Qeyd edək ki, Türkiyə XİN rəhbərinin müşaviri Osman Sərt noyabrın 20-də Türkiyə XİN rəhbərinin Yerevana dəvətinə münasibət bildirərkən demişdi ki, Ə.Davudoğlunun Yerevana səfər edib-etməyəcəyi hələ ki bəlli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti