...

ATƏT-in cəbhə xəttində keçirdiyi növbəti monitorinq baş tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2013 12:58 (UTC +04:00)
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor keçiriblər.
ATƏT-in cəbhə xəttində keçirdiyi növbəti monitorinq baş tutub

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

ATƏT-in cəbhə xəttində keçirdiyi növbəti monitorinq baş tutub.

Trend Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 18-də Qazax rayonunun Bala Cəfərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Peter Svedberq keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti