...

ATƏT-in Tovuzun Əlibəyli kəndində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2014 13:29 (UTC +04:00)
ATƏT-in cəbhə xəttində keçirdiyi monitorinq baş tutub.
ATƏT-in Tovuzun Əlibəyli kəndində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

ATƏT-in cəbhə xəttində keçirdiyi monitorinq baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti