...

Cəbhə xəttində növbəti monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2014 15:17 (UTC +04:00)
Cəbhə xəttində növbəti monitorinq baş tutub.
Cəbhə xəttində növbəti monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində növbəti monitorinq baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 6-də Tərtər rayonu Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti