...

Azərbaycan Parlamentinin deputatı Almaniya XİN-də Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 May 2014 10:13 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Xarici İşlər Nazirliyində görüş keçirib.
Azərbaycan Parlamentinin deputatı Almaniya XİN-də Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Xarici İşlər Nazirliyində görüş keçirib.

Şuradan Trend-ə bildiriblər ki, A.Quliyev Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə 207-ci Referatın rəhbəri Marc Boqhdana Azərbaycanın regiondakı rolu, hərtərəfli inkişafı, Şuranın fəaliyyəti və qrant proqramları haqqında ətraflı məlumat verib. Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək haqqında danışan millət vəkili Azay Quliyev Şuranının indiyədək müxtəlif sahələri əhatə edən 2500-dən artıq QHT layihəsini maliyələşdirdiyini qeyd edib.

Azay Quliyev erməni və azərbaycanlı icmalarının nümayəndələrinin görüşünün keçirilməsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində vacib əhəmiyyət kəsb etdiyini bildirərək Almaniyanın bu təşəbbüsünün gerçəkləşməsinə dəstək verməsinə ehtiyac olduğunu söyləyib.

Verilən məlumatlara görə təşəkkürünü bildirən Marc Boqhdan Azərbaycanın Cənubi Qafqazda Almaniyanın ən vacib tərəfdaşı olduğuna diqqəti çəkərək ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduqlarını ifadə edib. Bu səbəbdən regionda uzunmüddətli sülhün bərqərar olması üçün mövcud münaqişələrin həllinin vacibliyini vurğulayan Boqhdan Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Görüşdə ölkəmizin Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev də iştirak etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti