Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/
Erməni silahlı bölmələri Azərbaycan mövqelərini yenidən atəşə tutublar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Füzuli rayonunun Horadiz, Qorqan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.