...

Britaniyalı deputatlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi zamanı üzləşdiyi problemləri parlamentdə qaldıracaqlar (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2014 15:37 (UTC +04:00)
"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi zamanı üzləşdiyi problemlərdən xəbərdarıq və geri döndükdən sonra parlamentdə bu məsələni qaldıracağıq".
Britaniyalı deputatlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi zamanı üzləşdiyi problemləri parlamentdə qaldıracaqlar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi zamanı üzləşdiyi problemlərdən xəbərdarıq və geri döndükdən sonra parlamentdə bu məsələni qaldıracağıq". Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer Azərbaycana səfərinin yekunu üzrə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Deputat qeyd edib ki, Böyük Britaniya ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir: "Ancaq biz öz hökumətimizə təzyiq göstərməliyik ki, onlar da öz növbəsində Minsk qrupunun fəaliyyətinə dəstək göstərsinlər və münaqişə öz həllini tapsın".

Xocalı faciəsinə toxunan K.Pinçer faciənin Britaniya parlamentində tanınacağına ümid etdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan-Avropa Cəmiyyəti hər il Britaniyada Xocalı soyqırımının anım mərasimlərini keçirir və həmin mərasimlərdə bir çox Böyük Britanya deputatları da iştirak edirlər: "Bu onu göstərir ki, həmin insanlar Xocalıda baş verən verən hadisələri tanıyırlar".

Azərbaycana səfəri barədə danışan K.Pinçer Bakıda və Qəbələdə olduğunu və bir çox insanlarla görüşlər keçirdiyini vurğulayıb.

O, ən yadda qalan görüşünü Azərbaycan Prezident İlham Əliyevlə keçirdiyini deyib.

Britaniyalı diplomatın sözlərinə görə, nümayəndə heyəti Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, millət vəkilləri ilə də görüşüb, "ASAN xidmət"ə baş çəkib.

K.Pinçer qeyd edib ki, Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ölkəmizdə inkişafın, insanların rifah halının yaxşılaşmasının şahidi olub.

Azərbaycanın regionlarının inkişafı barədə danışan K.Pinçerin sözlərinə görə, bölgələrdə gedən inkişafı göstərir ki, neftdən əldə edilən gəlirlərdən tək paytaxt yox, bölgələr də faydalanıb.

Qəbələdə 3 il öncə səfərdə olduğunu deyən deputat bildirib ki, ötən dövr ərzində Qəbələdə böyük inkişaf prosesləri gedib.

K.Pinçer 1 il əvvəl olduqları Gəncə şəhərində də bu dəfə böyük inkişafın şahidi olduqlarını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti