...

Ziyafət Əsgərov: Sizə erməni xalq mahnısı lazımdır?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2014 14:10 (UTC +04:00)
Azərbaycan Milli Məclisi sədrnin 1-ci müavini Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyəti sərt şəkildə tənqid edib. Bundan əlavə o, Bakıya gələn erməni deputatları verdikləri suallarına görə peşman edib.
Ziyafət Əsgərov: Sizə erməni xalq mahnısı lazımdır?

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Milli Məclisi sədrnin 1-ci müavini Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyəti sərt şəkildə tənqid edib. Bundan əlavə o, Bakıya gələn erməni deputatları verdikləri suallarına görə peşman edib.

Trend xəbər verir ki, Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında çıxışı zamanı Azərbaycan Respublikası Milli Məclisinin sədrinin 1-ci müavini Ziyafət Əsgərov deyib ki, Qarabağ Azərbaycan torpağıdır, adı da təmiz Azərbaycan adıdır.

Ermənistan parlamentinin seminarda iştirak edən üzvü Tevan Poqosyanın Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması barədə harada yazıldığı barədə sualına cavab olaraq azərbaycanlı vitse-spiker BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrin mətnlərində Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini dərhal tərk etmələri barədə müddəalarını bir-bir oxuyub: "Bəs sizə nə lazımdır? Sizə erməni xalq mahnısı lazımdır? Bu BMT-nin sənədidir".

Daha sonra Ziyafət Əsgərov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə laqeyd yanaşmasına görə beynəlxalq ictimaiyyəti sərt şəkildə qınayıb: "ABŞ BMT-nin mürəkkəbi qurumamış NATO ilə bir yerdə Liviyanı darmadağın etdi. Həmçinin İraqa girdiniz. Adını da qoydunuz ki, orada kimyəvi silah var. Heç nə də tapa bilmədiniz. Bu gün İraq xalqı necə əzab çəkir, siz də bilirsiz, mən də bilirəm.

Yuqoslaviyanı BMT-nin heç bir mandatı olmadan darmadağın etdiniz.

Bu da sizin işinizdir, vicdanınızın öhdəsindədir. 20 ildir BMT-nin TŞ Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib. Bu qətnamələr bəs niyə yerinə yetirilmir?

Krım, Ukrayna ilə bağlı AB, AŞ, BMT, ABŞ hərə bir tərəfdən Rusiyaya qarşı sanksiyaya qəbul edirsiz? Bəs 20 ildir ki, Ermənistana qarşı niyə sanksiyalar qəbul etmirsiz? Axı bizim də ərazilərimiz işğal edilib.

Cənab Foq Rasmussen bu yaxınlarda Litvada NATO PA-da çıxışının böyük bir hissəsini Ukrayna məsələsinə həsr etdi. Bəs niyə bir dəfə də olsun Azərbaycanla bağlı çıxış etmirsiz? Niyə Azərbaycanla bağlı qətnamə qəbul eləmirsiz? Bu ikili standartlara son qoyun! Ayıbdır!"

Vitse-spiker Azərbaycanın "düşmən" ifadəsindən qeyzlənən ermənilərə də sərt cavab verib: "Ermənistan nümayəndə heyətinin üzvü deyir ki, Azərbaycan Prezidenti deyib ki, Ermənistan düşmən dövlətdir. Məgər biz Ermənistana dost dövlət deməliyik? 20 faiz torpağımı işğal edib, 1 milyon qaçqınımız var. Hələ bir utanmırlar da. Düşmənə düşmən deyərlər də.

Nəhayət snayperlərlə məsələsi. Sən gəlib Azərbaycanın ərazisini işğal edib, Zəngilanda, Qubadlıda, Füzulidə və digər torpaqlarımızda oturub mənim ölkəmdə cəbhə qurmusan. Özü də deyirsən ki, snayperlərinizi yığışdırın. Snayperləri o zaman yığışdırarıq ki, Azərbaycan ərazilərindən çıxıb çəkilərsən Ermənistan-Azərbaycan sərhədinə. Mən onda güzəşt edə bilərəm. Mən öz ərazimi orada düşməndən qoruyuram. Sənin snayperin orada nə edir?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti