...

Azərbaycanın Milli Qəhrəmanı cəbhə xəttində döyüşçülərə məsləhətlər verib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2014 13:15 (UTC +04:00)
Hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov ilə görüş keçirilib.
Azərbaycanın Milli Qəhrəmanı cəbhə xəttində döyüşçülərə məsləhətlər verib (FOTO)

Azərbaycan, Bakı, 7 iyul / Trend, müxbir İlkin İzzət /

Hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Həsənov bir neçə gündür ki, müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən keçirilən hərbi vətənpərvərlik həftəsi çərçivəsində tədbirlərdə yaxından iştirak edir.

O, ön səngərlərdə olub və Vətən torpaqlarının keşiyində dayanan döyüşçülərlə görüşüb. Şəxsi heyət Milli Qəhrəmanın xatirələrini dinləyib və bu bölgədə gedən qanlı döyüşlərdə Azərbaycan oğullarının göstərdikləri rəşadət və igidliklər barədə söhbətinə maraqla qulaq asıblar. M.Həsənov gənc əsgərlərə məsləhətlər verib, onların çoxsaylı suallarını cavablandırıb.

Ön xətdə yerləşən hərbi hissədə yaradılan xidmət şəraiti ilə tanış olan Milli Qəhrəman ordumuzun bugünkü inkişafından məmnun olduğunu qeyd edib, hərbi hissələrin ictimaiyyət nümayəndələrinin, kütləvi informasiya vasitələrinin, əsgər valideynlərinin üzünə həmişə açıq olmasını, əsgər və zabitlərin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.

Əsgərlərdən ayrılarkən qəhrəman etiraf edib ki, həqiqətən bir çox ölkələrin qibtə edə biləcəyi, müasir silah, sursat və texnika ilə təchiz olunmuş Silahlı Qüvvələrimiz vardır və o, Ali Baş Komandanın əmrlərinə hər an hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti