...

Mübariz Əhmədoğlu: Vasitəçilər rəsmi izah verməməklə 20 illik fəaliyyətlərinə hörmətsizlik nümayiş etdirdilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2014 12:28
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində rəsmi təfsirə ciddi ehtiyac var.
Mübariz Əhmədoğlu: Vasitəçilər rəsmi izah verməməklə 20 illik fəaliyyətlərinə hörmətsizlik nümayiş etdirdilər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində rəsmi təfsirə ciddi ehtiyac var. Trend-in məlumatına görə, bunu politoloq, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq deyib ki, Azərbaycan tərəfinin Madrid Prinsiplərinin yenilənmiş variantının mətninə ciddi iradı yoxdur: Tənzimləmə üçün əsas kimi qəbul edilib: "Bir vərəq həcmli sənədin Böyük Sülh Sazişinə çevrilməsi əlavə və dəyişiklikləri zəruri edir. Ermənistandan gələn məlumatlar isə bu dövlətin rəhbərliyi və siyasi elitası üçün rüsvayçılıqdan başqa bir şey deyil. Ermənistan prezidenti S.Sərkisyan bu vaxtadək vasitəçilərin təqdim etdiyi sənədin mahiyyətini anlamadığını etiraf etdi. 2009-cu ildən üzübəri həmsədrlər ölkə prezidentlərinin təqdim etdiyi sənədi Dağlıq Qarabağ ermənilərinə müstəqillik verən sənəd kimi təqdim etdi".

M.Əhmədoğlu xatırladıb ki, Ermənistan parlamentinin eks-spikeri, Ermənistan Təhlükəsizlik Şurasının sədrliyindən yenicə istefa vermiş "Orinas Yerkir" partiyasının lideri A.Baqdasaryan mətbuat konfransında bildirdi ki, Yenilənmiş Madrid Prinsiplərində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması məsələsi yoxdur: "Həmsədrlərlə tez-tez görüşən Ermənistan müdafiə naziri S.Ohanyan da hesab edir ki, sənədlərdə ətraf rayonların Azərbaycana qaytarılması məsələsi yoxdur; Həmsədrlər mümkün qədər qısa zaman ərzində Dağlıq Qarabağ ermənilərinin müstəqilliyini tanımalıdır. Mayın 9-da açıqlanan amerikan variantınıözünəməxsus variantda təqdir edən Ermənistanın xarici işlər naziri E.Nalbandyan üç həmsədrin 12 may bəyanatına zərrə qədər də reaksiya vermədi".

Politoloqun sözlərinə görə, Ermənistanda rəsmilərin Yenilənmiş Madrid Prinsipləri ətrafında yaratdığı ajiotaj aydın görünür. Amma vasitəçilər rəsmi izah vermək niyyətində deyillər: "Yenilənmiş Madrid Prinsiplərinə, o cümlədən Dağlıq Qarabağın statusunun müəyyən olunmasına rəsmi təfsir verməklə həmsədrlər Ermənistan cəmiyyətində Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı vəziyyətin aydınlaşmasına kömək etmiş olardılar. Həmsədrin xüsusi vurğuladığı məsələlərdən biri Ermənistan və Azərbaycan prezidentlərinin öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamalıdırlar. Vasitəçilər özləri tənzimləmə variantları barədə izah işi aparmaqla 2 xalqı tənzimlənməyə hazırlaya bilər.

Əslən Kəlbəcərdən olan azərbaycanlıların Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülməsi MTN-i, Daxili Qoşunları xüsusi əməliyyat keçirməyə təhrik edə bilər.Etnik təmizləmə və Xocalı soyqırımı törətmiş ermənilər hökmən ağıllanmalı və 2 kəlbəcərlini təcili sərbəst buraxmalıdırlar. Bu işdə vasitəçilər ermənilərə kömək etməlidirlər. Avropa məkanında sərbəst yerdəyişmə hüququna S.Sərkisyanın məntiqsiz münasibəti ermənilərə baha başa gələ bilər. Ən kəskin polemika bir insan ölümündən qat-qat yaxşıdır. Dağlıq Qarabağ tənzimlənməsi müharibə ərəfəsindədir. Vasitəçilərin izahları eşidilmir. Bununla da vasitəçilər şüurlu şəkildə müharibənin başlanmasında maraqlı olduqlarını nümayiş etdirirlər; həmsədrlər başa düşürlər ki, Ermənistan rəhbərliyinin nadanlığını yalnız hərbi vasitələr aradan qaldıra bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti