...

Fəzail Ağamalı: Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündə bir daha öz şərtini açıq şəkildə ortaya qoydu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2014 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend müxbir Elçin Mehdiyev/

Prezident İlham Əliyevin Soçidə Rusiya və Ermənistan prezidentləri ilə üçtərəfli görüşdə ortaya qoyduğu mövqe, yəni Ermənistanın işğalçı ordusunun Azərbaycan torpaqlarından çıxmasını şərt kimi irəli sürməsi, BMT-nin, eyni zamanda, ayrı-ayrı beynəlxalq təşkilatların qərar və qətnamələrinin həyata keçirilməsinin vacibliyinin və zəruriliyinin növbəti dəfə önə çəkilməsi göstərdi ki, ölkə Prezidenti bir daha öz şərtini açıq şəkildə ortaya qoydu.Bu barədə Trend-ə millət vəkili Fəzail Ağamalı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin dünən baş tutan Soçi görüşünə münasibət bildirərkən deyib.

F.Ağamalı qeyd edib ki, bu məsələ Azərbaycan Prezidentinin bəyanatında Ermənistan Prezidentinin düz sifətinə deyildi və ona şərt qoyuldu ki, çıxış yolu budur, başqa alternativi yoxdur: "Ölkə Prezidentinin məsələni bu şəkildə qoyması, əlbəttə, son vaxtlar cəmiyyətimizdə vətənpərvərlik hisslərinə söykənən Milli Ordumuzun atmış olduğu addımlar və lokal toqquşmada Azərbaycanın hərbi və mənəvi üstünlüyündən doğan bir mövqe idi. Cənab Prezidentin xarakterini, iradəsini bilən və tanıyan adam kimi, bilirəm ki, o, öz mövqeyində hər zaman kifayət qədər prinsipiallıq göstərən dövlət xadimidir. Biz cəmiyyət və dövlət olaraq hərbi və mənəvi üstünlüyə malikik və bu üstünlüyümüzü qoruyub saxlamalıyıq".

F.Ağamalı əlavə edib ki, Ermənistan yenə də həyasızcasına öz qeyri-konstruktiv mövqeyində israrlı oldu: "Ola bilsin ki, ikitərəfli, üçtərəfli görüşlərdə daha ciddi məsələlər müzakirə olunub və problemin indiki vəziyyətdən çıxması üçün müəyyən müzakirələr aparılıb, müəyyən razılıqlar var. Çünki mən düşünmürəm ki, belə bir razılıq olmadan Azərbaycan Prezidenti bu görüşdə iştirak etmək istəyində ola bilərdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti