Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Ermənilər Cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi yenidən pozub. Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.