...

Erməni hərbçilərin girov götürdüyü 15 yaşlı Cavid Məmmədov qaytarıldı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2014 16:20 (UTC +04:00)
Təmas xəttini 5 sentyabr 2014-cü il tarixdə keçən Azərbaycan vətəndaşı bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib.
Erməni hərbçilərin girov götürdüyü 15 yaşlı Cavid Məmmədov qaytarıldı

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlkin İzzət/

Təmas xəttini 5 sentyabr 2014-cü il tarixdə keçən Azərbaycan vətəndaşı bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Təhvil vermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib.

Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün baş çəkərkən saxlanılan şəxs geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri onun ailə üzvləri ilə də əlaqə saxlayıblar.

BQXK Cenevrə konvensiyalarına əsaslanan mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bu regionda fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, 15 yaşlı Məmmədov Cavid Samir oğlu 5 sentyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti