...

PA-nın sektor müdiri: Ermənistanın işğalçı siyasəti erməni xalqını regional əlaqələrdən kənarda qoyur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2014 10:59 (UTC +04:00)
Qafqazla Mərkəzi Asiya regionu arasında əlaqələr zəncirində ən zəif bənd Qafqazda Ermənistanın işğalçı siyasətidir. Ermənistanın işğalçı siyasəti erməni xalqını regional əlaqələrdən kənarda qoyur.
PA-nın sektor müdiri: Ermənistanın işğalçı siyasəti erməni xalqını regional əlaqələrdən kənarda qoyur

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Qafqazla Mərkəzi Asiya regionu arasında əlaqələr zəncirində ən zəif bənd Qafqazda Ermənistanın işğalçı siyasətidir. Ermənistanın işğalçı siyasəti erməni xalqını regional əlaqələrdən kənarda qoyur. Ona görə də Ermənistan regionda stabilliyi pozan faktor olaraq qalır". Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Ərastü Həbibbəyli Bakıda "Azərbaycan - Mərkəzi Asiya əlaqələri: inkişaf, əməkdaşlıq və ortaq çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

O, qeyd edib ki, dünyada ikili standartlar aradan qalxmayınca, radikal meyillərin qarşısını almaq mümkün deyil.

Sektor müdirinin sözlərinə görə, Xəzərin şərq və qərb sahilləri tarixən bir-biri ilə sıx bağlı olub. Mərkəzi Asiya Azərbaycan üçün Şərqə, Azərbaycan isə Mərkəzi Asiya üçün Qərbə açılan qapıdır. Hər iki region geosiyasi baxımdan mühüm bölgə hesab edilir: "Hazırda iki region arasında enerji və nəqliyyat sektorunda məhsuldar əməkdaşlıq mövcuddur. Xəzərin Qərb və Şərq sahili arasında əməkdaşlıq üçün böyük potensial var".

R.Həbibbəyli qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri arasında əlaqələrin yüksək səviyyədə olmasının təməlində onların siyasi liderləri arasında, xüsusilə də ulu öndər Heydər Əliyevin vaxtilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Özbəkistan Prezidenti İslam Kərimov, Tacikistan Prezidenti İmomali Rahmonla olan isti münasibətləri durur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti