...

Olland erməni həmkarı ilə də görüşdü

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2014 17:05 (UTC +04:00)
Fransa Prezidenti Fransua Olland Ermənistan Prezidenti Serj Sarkisyanla Parisdə Yelisey Sarayında görüş keçirib.
Olland erməni həmkarı ilə də görüşdü

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Fransa Prezidenti Fransua Olland Ermənistan Prezidenti Serj Sarkisyanla Parisdə Yelisey Sarayında görüş keçirib. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.

Bir müddət sonra Parisdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərini müzakirə etmək üçün Azərbaycan, Fransa və Ermənistan prezidentlərinin üçtərəfli görüşü də gözlənilir. Daha əvvəl bu təşəbbüslə F.Olland çıxış edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə Fransa Prezidenti F.Olland çıxış edib. Avqust ayında isə Azərbaycan və Ermənistan prezidentləri Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə Dağlıq Qarabağ münaqişəsinə dair üçtərəfli görüş keçiriblər. Bundan öncə V.Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti