Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə nə mane olur?

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə nə mane olur?

Ərəb xəbərlər xidmətinin rəhbəri

Rufiz Hafizoğlu - Trend:

Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycana dəstək nümayiş etdirən Türkiyə bu dəfə də öz siyasi ənənəsinə sadiq qaldı. Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında regionda baş verən bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirdi.

"Anadolu" agentliyinin məlumatına görə, M.Çavuşoğlu bəyanatında bunları deyib: "Nə üçün Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmır? Ortada ABŞ-Rusiya qarşıdurması var və "soyuq müharibə"nin hələ də davam etməsinin acı nəticələrini Ukrayna, Ermənistan və Gürcüstan ödəməkdədir. Qərbin onlara heç bir faydası yoxdur. Qərb və Rusiya tarixdə baş verənlərdən ibrət alaraq "soyuq müharibə"nin nəticələri haqqında yenidən düşünməlidirlər".

Həqiqətən də bu gün regionda baş verən münaqişələrin və dondurulmuş münaqişələrin davam etməsi fonunda ABŞ-Rusiya qarşıdurmasının olduğunu görmək olar.

Bu gün Ankara Dağlıq Qarabağ probleminin həlli üçün vasitəçi kimi çıxış etməsə də, Türkiyənin və Azərbaycanın bu istiqamətdə atdığı addımların vasitəçi ölkələrdən daha çox olduğunu görmək olar.

Digər tərəfdən, adıçəkilən ölkələr Ankaranın vasitəçilik missiyasına Ermənistanla münasibətlər çərçivəsindən yaxınlaşacağını bildirsələr də, nədənsə bu ölkələrdə siyasətə təsir etmək imkanına malik erməni lobbisinin mövcudluğu və bu ölkələrlə Ermənistan arasında sıx münasibətlərdən əsla bəhs olunmur.

Münaqişənin həllinə ən ciddi maneələrdən biri də heç şübhəsiz ki, vasitəçi ölkələrin Ermənistanla sıx əlaqələri və bu ölkələrdəki erməni lobbisinin fəaliyyətidir.

Konkret olaraq vasitəçi qismində çıxış edən Rusiyaya gəlincə, nəzərə alınmalıdır ki, regionda Ermənistanın ən böyük və birinci strateji müttəfiqi Moskvadır. Bütün bunlarla yanaşı, Ermənistanda Rusiya hərbi bazalarının olması, hər iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinə üzv olması nəzərə alınsa, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın tam olaraq bitərəf olacağı inandırıcı ola bilərmi?

Fransanın vasitəçiliyinə gəlincə isə Ermənistan-Fransa əlaqələrinin hansı səviyyədə olduğu sirr deyil. Məhz Fransanın sayəsində Ermənistan və beynəlxalq erməni lobbisi qondarma "soyqırım"ın geniş təbliğatı ilə məşğuldurlar.

Sonuncu vasitəçi - ABŞ-a gəlincə, məhz bu ölkə erməni lobbisinin "alınmaz qalası" hesab edilir. Ən maraqlısı isə erməni lobbisinin ABŞ-ın bir çox siyasi dairələrində ciddi nüfuza sahib olmasıdır.

Maraqlıdır, bütün faktlar nəzərə alınsa, vasitəçilik missiyasını öz üzərinə götürən tərəflər problemin həllinə hazırdırlarmı, yoxsa onları hazırkı "nə sülh, nə də müharibə vəziyyəti" tam olaraq qane edir?

Müəlliflə əlaqə saxlamaq üçün: @rhafizoglu

Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Loading Bars
Xəbər lenti
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrının vaizi
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif!
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastrının dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olunub (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb
Azərbaycan qlobal çağırışlara həmişə töhfə verib - Deputat
Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan
Azərbaycanda bu məhsulların istehsalı artıb
Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib (FOTO)
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq
Şəhidlərin xatirəsini yad etmək məqsədilə müntəzəm xətt avtobusların hərəkəti dayandırılıb - BNA
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! (FOTO)
Şəkidə şəhidlərimizin xatirəsi yad edilib (FOTO)
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq
Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO/VİDEO)
Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov
Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein
Ərazini tərk edən ermənilər məzarları dağıdıblar - “Amnesty International” Kəlbəcərdə (FOTO)
İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb
Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev (FOTO)
Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir
Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat
Bütün xəbərlər