...

Milli Məclisdə şəhid olmuş əsgərin ailəsinə başsağlığı verildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2014 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisdə bu gün cəbhə bölgəsində şəhid olmuş əsgərin ailəsinə başsağlığı verilib.

Trend-in məlumatına görə, iclasda çıxış edən millət vəkili Elmira Axundova Azərbaycan əsgərinin şəhid olmasını millət vəkillərinin diqqətinə çatdırıb və şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib: "Allah düşmənə ən ağır cəza versin!"

Qeyd edək ki, noyabrın 20-də saat 12:45-də erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olmuş əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti