...

Xocalı qurbanları Almaniyanın Tangerhütte şəhərində anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2015 15:03 (UTC +04:00)
Xocalı qurbanları Almaniyanın Tangerhütte şəhərində anılıb.
Xocalı qurbanları Almaniyanın Tangerhütte şəhərində anılıb

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Xocalı qurbanları Almaniyanın Tangerhütte şəhərində anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyanın Tangerhütte səhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Ölkənin Zaxhsen-Anhalt əyaləti üzrə fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi tədbirdə əsasən yerli ictimaiyyətin nümayəndələri, Sosial Demokrat Partiyasının Tangerhütte şəhər şöbəsini sədri Robert Qravert və partiyanın üzvləri iştirak edib.

Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev qonaqları Xocalı faciəsində həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Sonra isə təşkilat rəhbəri Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan hərbi qüvvələrinin Xocalıda törətdiyi soyqırım haqqında iştirakçılara məlumat verib. Yaşar Niftəliyev Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və yeddi rayonun Azərbaycan ərazisinin ayrılmaz hissəsi olması haqqında BMT-nin qəbul etdiyi qətnamələri xatırladıb. O, həmçinin ABŞ-ın Kaliforniya, Texas, Nyu-Cersi, Men və digər ştatlarının, eləcə də Kanada, Kolumbiya, Çexiya, Sudan, Honduras, Meksika, Peru, Pakistan kimi ölkələrin parlamentlərinin Xocalı soyqırımını rəsmən tanıdığını iştirakçıların diqqətinə çatdırıb.

Sosial Demokrat Partiyasının yerli şöbəsinin rəhbəri Robert Qravert isə çıxış edərək Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. O, gələcəkdə Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılmasına yardım göstərəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti