...

Ermənistan mühacirət məsələsini həll etdi: hamı həbsə!

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2015 22:30 (UTC +04:00)
Hələ ötən il dekabrın ortalarında gözlədiyimiz hadisə baş verdi, daha doğrusu, 2010-cu ildə Azərbaycana qaçmış və fəlakətli vətənlərinə sağ-salamat qayıtmış erməni ailəyə qarşı elə erməni hüquq-mühafizə orqanları cinayət işi qaldırdı.
Ermənistan mühacirət məsələsini həll etdi: hamı həbsə!

Azərbaycan xəbərlər xidməti rəhbərinin müavini
Səba Ağayeva - Trend:

Hələ ötən il dekabrın ortalarında gözlədiyimiz hadisə baş verdi, daha doğrusu, 2010-cu ildə Azərbaycana qaçmış və fəlakətli vətənlərinə sağ-salamat qayıtmış erməni ailəyə qarşı elə erməni hüquq-mühafizə orqanları cinayət işi qaldırdı.

Ermənistan mətbuatı yazır ki, 2010-cu il yanvarın 10-da üç uşağı ilə Ermənistandan Azərbaycana qaçmış Yegişe Gevorkyan və həyat yoldaşı Ruzanna Mardanyana qarşı cinayət işi qaldırılıb. Cinayət işi Ermənistanın qorunan dövlət sərhədini müəyyən edilmiş sənədlər və ya müvafiq icazə olmadan keçmək maddəsi üzrə qaldırılıb.

Trend hələ dekabrın 13-də yazmışdı ki, "Yegişe Gevorkyan daha bir şeyi yadda saxlamalıdır ki, onun elədiklərini ölkəsində bağışlamayacaqlar. Onun ətrafında səs-küy azaldıqdan sonra o, guya Azərbaycanda başına gətirilən "dəhşətlər"lə real olaraq üzləşməli olacaq". Belə də oldu.

Butün bu hadisə ikrahdan başqa heç bir hiss doğurmur. Azərbaycanı tərk edən erməni ailə ölkəyə gələrkən üzləşməli olduğu "dəhşətlər" barədə danışırdı. Əlbəttə ki, onlar özlərinə bəraət qazandırmaq istəyirdilər. Əvvəldən aydın idi ki, onlar buna nail ola bilməyəcəklər.

Niyə? Cavab da məlumdur. Ermənistanda baş verən real dəhşətlərdən canlarını xilas etməyə çalışan və həyatları üçün böyük risk də olsa ölkəni tərk etməyə cəhd edən, bununla da bütün dünyaya erməni reallıqlarını nümayiş etdirən bu fərarilər Ermənistan rəhbərliyinin nüfuzuna güclü zərbə vurdular. Əlbəttə ki, bu bağışlanılmır.

Bundan başqa, Ermənistan rəhbərliyi üçün fərarilər üzərində məhkəmə qurmaq olduqca vacibdir. Həyat şəraitinin daim pisləşdiyi və fəlakətli vəziyyətdə olan Ermənistanda belə fərari ailələrin sayı dəfələrlə arta bilər. Gələcəkdə belə cəhdlərin qarşısını almaq üçün Ermənistan rəhbərliyi repressiya mexanizmini işə salır.

Ermənistan rəhbərliyi həqiqətən də qorxunc miqyasa çatmış ölkədən vətəndaş axınının qarşısını ala biləcəkmi? Əlbəttə ki, yox. Bəlkə o zaman hamını həbsə salmaq və mühacirət məsələsini belə həll etmək lazımdır? Görünür, Ermənistan məhz bu yolla gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti