• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Gündəm
  • Dağlıq Qarabağ Münaqişəsi

Valeh Ələsgərov: "Bu, hansı Amerikadır? Amerika Birləşmiş Ştatlarıdır? Yoxsa..."

6 May 2015 17:21 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Elçin Mehdiyev/

"Son vaxtlar Ermənistan kütləvi informasiya vasitələrində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisində, tanınmamış "DQR"-də qondarma "parlament seçkiləri"nə həsr olunmuş materiallar dərc olunur. Bu yazılarda "beynəlxalq müşahidəçilər"in "DQR-də seçkilər"lə bağlı müxtəlif fikirlərinə geniş yer verilir". Trend-in məlumatına görə, bu barədə Milli Məcilis sədrinin müavini Valeh Ələsgərov deyib.

Onun sözlərinə görə, məsələn, bu məqalələrdə Ermənistan mətbuatının "ABŞ, Meksika və Braziliyadan olan beynəlxalq müşahidəçilər missiyasının nümayəndəsi" kimi təqdim etdiyi Karin Makdonalds adlı birinin "seçkilər"lə bağlı bəyanatından danışılır: "Əgər kimsə Karin Makdonaldsa "seçkilər"lə bağlı bu gün və yaxud gələcəkdə aşağıdakı sualla müraciət etsəydi, görəsən, o, nə cavab verərdi? - Həqiqətənmi Siz "ABŞ, Meksika və Braziliyadan olan beynəlxalq müşahidəçilər missiyası"nın adından Dağlıq Qarabağdakı "parlament seçkiləri" ilə bağlı hər hansı bəyanat vermisiniz? Əgər cavab müsbət olarsa, onda Siz ABŞ, Meksika və Braziliyanın hökumətləri və ya parlamentləri, yaxud da səlahiyyətli orqanları tərəfindən "beynəlxalq müşahidəçilər missiyası"nın yaradıldığı və Sizin də bu missiyanın səlahiyyətli üzvü olduğunuz barədə hər hansı bir sənədi təqdim edə bilərsinizmi?"

V.Ələsgərov bildirib ki, sualın həm birinci, həm də ikinci hissəsinə cavab "xeyr" və bir daha "xeyr" olacaqdı: "Çünki Karin Makdonalds və "beynəlxalq müşahidəçilər missiyası"nın digər üzvləri "özünü yalandan təqdimetmənin" hüquqi və digər nəticələrini gözəl anlayırlar. Ən yaxşı halda, onlar deyəcəklər ki, bu tədbirdə "müşahidəçi" kimi öz "şəxsi təşəbbüsləri", müəyyən dairələr tərəfindən xüsusi olaraq "şirnikləndirilmiş" digərləri isə deyə bilərlər ki, "ürəklərinin səsi" ilə iştirak ediblər".

Vitse-spiker vurğulayıb ki, Ermənistanın bəzi mətbu orqanlarında "Amerika missiyasının müşahidəçisi" Adris Borgeasın bəyanatından sitatlar gətirilir: "Görünür, bu yazıların müəllifləri öz auditoriyasının səviyyəsinə yaxşı bələd olduqları üçün oxucu kütləsinə bu cür saymazyana yanaşır, onlara "Amerika missiyası" adlı müəmmalı bir anlayış təqdim edir. Sual olunur: "Bu, hansı Amerikadır? Amerika Birləşmiş Ştatlarıdır? Yoxsa Şimalda Alyaska və Nyu Faundlend sahillərindən Cənubda Qorn burnunadək olan Amerikadır?"

V.Ələsgərovun fikrincə, sonrası isə daha maraqlıdır. O bildirib ki, ABŞ-ın "DQR-də seçkiləri" tanımaması ilə bağlı bəyanatını şərh edən bu "Amerika missiyası"nın nümayəndəsi özünə rəva bilir ki, ABŞ-ın bu mövqeyi ilə razılaşmasın: "Cəfəngiyatdan başqa bir şey deyildir. Elə deyilmi? Aydındır ki, aidiyyəti dövlət orqanları tərəfindən rəsmi səlahiyyət verilmiş heç bir "Amerika missiyası" yoxdur. Əvəzində isə ermənipərəst qüvvələr tərəfindən "şirnikləndirilmiş" müəyyən şəxslərin bəyanatları var. Erməni KİV-lərinin əllərində başqa fakt olmadığından, bunu əhəmiyyətli bir hadisə kimi təqdim etməyə çalışırlar".

O, qeyd edib ki, eyni fikirləri "Rusiya müşahidəçilər missiyası" haqqında da demək olar: "Yeri gəlmişkən, bildirmək istəyirəm ki, Rusiya Federasiyası, ATƏT-in Minsk qrupunun digər həmsədrləri də (Rusiya, Fransa və ABŞ) Avropa İttifaqı, NATO, çoxlu sayda digər beynəlxalq təşkilatların və dünya ölkələrinin böyük əksəriyyətinin nümayəndələri kimi birmənalı şəkildə Dağlıq Qarabağda "parlament seçkiləri"ni tanımadıqlarını bəyan ediblər".

V.Ələsgərov əlavə edib ki, Ermənistan mətbuatı "Avropa Parlamentinin deputatlarından ibarət beynəlxalq müşahidəçilər missiyası"nın başçısı kimi təqdim etdiyi Frank Engelin çıxışlarına və bəyanatlarına xüsusi yer ayırır: "Bu, az məlumatlı auditoriyaya hesablanmış növbəti bir uydurmadır. Əslində isə Avropa Parlamenti və onun rəhbərliyi Dağlıq Qarabağda "parlament seçkiləri"nə müşahidəçilər missiyası göndərməyib və Avropa Parlamentinin deputatlarından heç birinə bu "seçkilər"də adıçəkilən qurumu təmsil etmək hüququ verməyib. Ona görə də Frank Engelin Avropa Parlamentindən "beynəlxalq müşahidəçilər missiyası"nın başçısı kimi təqdim edilməsi ağ yalandan başqa bir şey deyil. İnanın ki, Frank Engelin Avropa Parlamenti adından danışmaq üçün heç bir səlahiyyəti yoxdur. O, ancaq öz fikirlərini ifadə edə bilər. "Erməni sevgisi"nə baxmayaraq, Frank Engel yaxşı başa düşür ki, o, Avropa Parlamentinin adından danışarsa, təşkilata qayıtdıqdan sonra onu nələr gözləyə bilər".

Vitse-spiker bildirib ki, erməni mətbuatının necə həyasızlıq və geniş ictimaiyyətə hörmətsizlik nümayiş etdirməsi, öz oxucularına yalan informasiya verməsi həqiqətən heyrət doğurur: "Bunu ancaq onların xəstə millətçilik təfəkkürü və utopik "Böyük Ermənistan" xülyası ilə izah etmək olar. Belə uydurma dezinformasiyalarla onlar ancaq özləri kimi düşünənləri aldada bilərlər. Dünya artıq bölgə həqiqətlərindən xəbərdardır. Nəyin doğru, nəyin yalan olduğunu hamı, o cümlədən dünyanın böyük dövlətlərinin siyasətçiləri yaxşı bilirlər. İnanıram ki, haqq, ədalət gec-tez zəfər çalacaq və Qafqazın bu bölgəsində sülh, əmin-amanlıq bərpa olunacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Valeh Ələsgərov
Digər xəbərlər
Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edildi
Siyasət 25 Noyabr 16:15
Valeh Ələsgərov: Bəzi ölkələr Bakı-Tbilisi-Ceyhan layihəsinin qarşısını almaq üçün 100 milyonlarla pul xərcləyirdi
İqtisadiyyat 24 May 12:56
Valeh Ələsgərov: Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı
Siyasət 24 May 12:39
Deputat: Ərazi bütövlüyümüz təmin olunmadan jurnalistlərin Ermənistana səfərinin təşkili barədə təkliflər yolverilməzdir
Dağlıq Qarabağ Münaqişəsi 23 Aprel 12:34
Parlamentdə tələbə yataqxanaları ilə bağlı yeni təklif
Cəmiyyət 15 Mart 16:40
Milli Məclisin vitse-spikeri İstanbula gedib
Siyasət 6 Fevral 10:06
Xəbər lenti
Mingəçevirdə aksizi olmayan naringi araqları aşkarlandı
Hadisə 11:50
Türkiyənin həkimləri Mərkəzi Gömrük Hospitalında ürək qüsurlu uşaqları müayinə edəcəklər
Cəmiyyət 11:50
Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub
Biznes və iqtisadiyyat xəbərləri 11:49
Bakıda yeni kiçik SES istismara verildi
Energetika 11:46
Qulaq ağrısı zamanı həm müalicə, həm də profilaktika (FOTO)
Cəmiyyət 11:45
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər (FOTO/VİDEO)
Cəmiyyət 11:40
Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər (FOTO)
Cəmiyyət 11:34
114 mindən artıq pirotexniki vasitə gömrükdən buraxılmadı (FOTO/VİDEO)
Hadisə 11:30
Sabah daha bir ağacəkmə aksiyası keçiriləcək - Meşə fondu ərazisində
Gündəm 11:22
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur

Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir
Milli inkişaf strategiyasının müəllifi
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri