...

Səfir: Fransa Dağlıq Qarabağın separatçı rejimini dəstəkləmir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2015 16:50 (UTC +04:00)
Fransa Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin separatçı rejimini dəstəkləmir.
Səfir: Fransa Dağlıq Qarabağın separatçı rejimini dəstəkləmir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Anaxanım Hidayətova/

"Fransa Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin separatçı rejimini dəstəkləmir. Eyni zamanda, Paris bu rejimin nümayəndələrinin Fransaya səfərinə nəzarət edə bilmir".

Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə deyib.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovdan etiraz notasını qəbul etdiyini və dərhal öz ölkəsinə təqdim etdiyini bildirən diplomat qeyd edib: "Son illər Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bir çox addımlar atıb. Bunu unutmaq olmaz. Başa düşürəm ki, Azərbaycan Bako Saakyanın (Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri - red.) Fransaya səfərindən narahatdır. Onun Fransada bir neçə şəhərin meri ilə görüşü Azərbaycanın narahatlığına səbəb olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti