...

NATO: Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2015 16:21 (UTC +04:00)
Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükə yaradır.
NATO: Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükədir

Gürcüstan, Tbilisi, 14 iyul /Trend, müxbir Yelena Kosolapova/

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükə yaradır. Trend-in məlumatına əsasən, bunu NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lahyu deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həll edilməsi çox çətin prosesdir: "Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükə yaradır".

U.Lahyunun sözlərinə görə, NATO tərəflər arasında vasitəçi olmağı planlaşdırmır: "Çünki belə danışıqlarda vasitəçilik NATO-nun səlahiyyətləri və vəzifələri sırasında deyil. Ancaq Alyans münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun bütün səylərini tamamilə dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti