Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Azərbaycanın yanında olduğu müddət ərzində ölkə sərhədlərində problem ola bilməz. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
O qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanında olub və həmişə qardaş ölkəni dəstəkləyəcək.
Ə.Davudoğlu bildirib ki, Azərbaycanın uğurları Türkiyənin uğurlarıdır, Türkiyədə avqsutun 30-u qeyd olunan dövlət bayramı - Qələbə günü - Azərbaycanın da bayramıdır.