...

Səfir: Rəsmi Parisin Dağlıq Qarabağda "Fransanın mədəniyyət günləri" ilə əlaqəsi yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2015 11:31 (UTC +04:00)
Fransa hakimiyyətinin ölkənin Dağlıq Qarabağda "mədəniyyət günləri" barədə məlumatlı deyil və onunla heç bir əlaqəsi yoxdur.
Səfir: Rəsmi Parisin Dağlıq Qarabağda "Fransanın mədəniyyət günləri" ilə əlaqəsi yoxdur

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Fransa hakimiyyəti ölkənin Dağlıq Qarabağda "mədəniyyət günləri" barədə məlumatlı deyil və bu tədbirlə heç bir əlaqəsi yoxdur.

Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye sentyabrın 17-19-da işğal edilmiş Dağlıq Qarabağda keçiriləcək "Fransanın mədəniyyət günləri"ni şərh edərkən deyib.

Diplomat bildirib ki, Fransa Dağlıq Qarabağın "müstəqilliyi"ini tanımır və bu regionun qondarma "hakimiyyət"i ilə ikitərəfli əlaqələri yoxdur.

P.Mönye əlavə edib ki, Fransa Ermənistan və Azərbaycanın dostu kimi Rusiya və ABŞ-la Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə nizamlanmasında vasitəçilik missiyasını davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti