...

Azərbaycanlı deputat: Sarkisyan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini təsdiqlədi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2015 23:22 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız plenar sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sərbəst mövzuda debatlar zamanı Ermənistanın bəyanatlarına münasibət bildirib
Azərbaycanlı deputat: Sarkisyan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini təsdiqlədi

Fransa, Strasburq, 1 oktyabr /Trend, müxbir Anar Məmmədov/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız plenar sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sərbəst mövzuda debatlar zamanı Ermənistanın bəyanatlarına münasibət bildirib.

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu bəyan edən S.Sarkisyan rəsmi olaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini təsdiqlədi: "Keçmiş sessiyada "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı məruzədə "Dağlıq Qarabağın Ermənistan tərəfindən işqal olunması" ifadəsi "Dağlıq Qarabağın problemləri" ifadəsi ilə əvəz olundu. Lakin bir necə gün önçə Serj Sarkisyan çıxışında bunun səhv olduğunu təsdiqlədi. Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu bəyan edən Sarkisyan rəsmi olaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini təsdiqlədi. İllər boyu burada, AŞ PA-da müxtəlif addımlar atılır ki, Dağlıq Qarabağ məsələsini Ermənistan nümayəndə heyəti ilə müzakirə edək. Lakin Ermənistan nümayəndə heyətinin boykotu nəticəsində Dağlıq Qarabağ üzrə Alt komitənin işi uğursuz oldu. Hər dəfə biz bir cavab eşidirdik: Dağlıq Qarabağ müstəqil dövlətdir. Ermənistan rəhbərliyi onların qərarlarına cavabdeh deyil".

S.Fətəliyeva çıxışında Ermənistan prezidentinin Azərbaycanı təhdid etməsinə də toxunub: "BMT Baş Assambleyasının 70-ci iclasında Serj Sarkisyan Azərbaycanı təhdid edərək bəyan edir: "Ermənistan tərəfi Ermənistanı və Dağlıq Qarabağın müdafiəsini təmin edərək lazımi hüquqi, hərbi və siyasi addımlar atacaq". BMT-nin 4 qətnaməsinə etimadsızlıq göstərərək 20 il yerinə yetirməyən bir dövlətin, ölkə rəhbərinin bu sözləri BMT tribunasından səsləndirməsi qəbul edilməzdir".

Onun sözlərinə, bu, yenə də Ermənistan rəhbərliyinin BMT qərarlarına, beynəlxalq qanuna laqeyd yanaşdığını göstərir: "Ermənistan tərəfinin digər ziddiyyətlərini müşahidə edə bilərik. Öncə onlar xalqların öz müqəddəratını təyin etməsini çıxış yolu kimi təklif edirdilər, indi isə Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu bəyan edirlər. Bu növ bəyanatlar fikri Ermənistan xalqının üzləşdiyi siyasi və iqtisadi böhrandan yayındırmaq məqsədi daşıyır. Bu gün də cəbhə bölqəsində günahsız insanlar həlak olur. Bunların səbəbi Ermənistan hakimiyyətinin məsuliyyətsiz və yalançı siyasətidir. Ermənistan hakimiyyəti öz yalan bəyanatları ilə dünya ictimaiyyətini yanlış istiqamətləndirir. Buna artıq son qoymaq və beynəlxalq hüquqa riayət etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti