...

Fransanın sabiq səfiri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regiona müsbət təsir edəcək (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2015 19:49 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bütün Cənubi Qafqaz regionuna müsbət təsir edəcək.
Fransanın sabiq səfiri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regiona müsbət təsir edəcək (VİDEO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Yelena Kosolapova/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bütün Cənubi Qafqaz regionuna müsbət təsir edəcək. Bunu Trend-ə Fransanın Azərbaycandakı keçmiş səfiri Paskal Mönye "This Week in Focus" videolayihəsi çərçivəsində müsahibəsində deyib.

O bildirib: "Fikrimcə, münaqişə həll edilsə, region daha da çiçəklənəcək. Dağlıq Qarabağ problemi Fransa-Azərbaycan əlaqələrində ən həssas məsələlərdən biridir və Fransa buna böyük diqqət ayırır".

Diplomat qeyd edib ki, Fransa Prezidenti Fransua Olland bu münaqişənin nizamlanmasında bilavasitə iştirak edib: "Belə ki, ötən ilin oktyabrında Parisdə Fransua Ollandın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin çox şey vəd edən görüşü keçirildi. Bu görüşdə prezidentlər münaqişə üzrə yol xəritəsi barədə razılığa gəldilər".

P.Mönye əlavə edib: "Həmin vaxt ümid edirdik ki, bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə dinamik və müsbət prosesə start verəcək. Təəssüf ki, bu baş vermədi. Lakin bu, ruhdan düşməyə əsas vermir. Minsk qrupunun fransalı həmsədri münaqişənin nizamlanması üçün işləməyə davam edəcək. Minsk qrupunun hər üç ölkəsi münaqişənin həlli işində ən yüksək səviyyədə iştirak edir".

Onun sözlərinə görə, münaqişə tərəflərinin siyasi iradəsindən təkcə iki xalqın deyil, bütün regionun gələcəyi asılı olacaq.

"This Week in Focus"un bütün buraxılışlarına videolayihənin Youtube kanalında baxmaq olar. Layihənin səhifələrinin yenilənməsini "Twitter" və ya "Facebook"-da izləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti