...

Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri heç vaxt dinc əhalini, mülki obyektləri atəşə tutmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2016 11:46 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb.
Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri heç vaxt dinc əhalini, mülki obyektləri atəşə tutmayıb

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyindən erməni tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təxribatı ört-basdır etmək və Azərbaycanı günahlandırmaq məqsədilə guya mülki şəxsə məxsus "VAZ-2106" markalı avtomobilin vurulması barədə absurd xəbərlərinə münasibət bildirərkən deyilib.

Nazirlikdən bildirib ki, bu kimi məlumatların heç bir əsası yoxdur və növbəti erməni yalanıdır.

Xəbər lenti

Xəbər lenti