Madrid Klubu: Dağlıq Qarabağ münaqişəsi dialoq vasitəsilə həll edilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2016 17:12 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Dağlıq Qarabağ münaqişəsi dialoq və danışıqlar prosesi ilə həll edilməlidir. Bunu Trend-ə Madrid Klubunun baş katibi Karlos Vestendorp deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi dondurulmamalıdır.

K.Vestendorp bildirib: "Dağlıq Qarabağ münaqişəsi dialoq və danışıqlar yolu ilə həll edilməlidir, belə ki, bu gün ölkələr arasında mehriban qonşuluq münasibətləri çox vacibdir. Bu, həm ölkə üçün, həm də onun qonşusu üçün yaxşıdır. Qonşu da ərazinin güc işlətməklə işğal edilməsinin mümkün olmadığını etiraf etməlidir. Məsələni danışıqlar yolu ilə həll etmək üçün həmişə yol var".

O, həmçinin Bakıda IV Qlobal Forumun keçirilməsinin əhəmiyyətini vurğulayıb: "Bu forum çox önəmlidir, xüsusən bütün regionun problemi baxımından".

K.Vestendorp, həmçinin forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinin önəmini də xüsusi vurğulayıb.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edib, habelə videomüraciətlər nümayiş etdirilib.

Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti