Bakı. Orxan Quluzadə - Trend:
Azərbaycan Ermənistana layiqli cavab verərək güclü dövlət olduğunu göstərdi.
Bunu Trend-ə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, parlamentin deputatı Oqtay Vural deyib.
Onun sözlərinə görə, məhz Ermənistan Cənubi Qafqazda real təhlükədir: "Əgər Qərb dövlətləri Cənubi Qafqazda sabitlik istəyirlərsə, Azərbaycan torpaqlarının işğalının dayandırılması üçün Ermənistana təzyiq göstərməlidirlər".