...

Seysulan kəndində aparılan əməliyyatlarda qəhrəmancasına şəhid olan Mahir Quliyev torpağa tapşırılıb (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2016 17:55
Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmancasına şəhid olan Mahir Quliyev III Fəxri Xiyabanda torpağa tapşırılıb.
Seysulan kəndində aparılan əməliyyatlarda qəhrəmancasına şəhid olan Mahir Quliyev torpağa tapşırılıb (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmancasına şəhid olan Mahir Quliyev III Fəxri Xiyabanda torpağa tapşırılıb.

Trend TTV-yə (Region TV) istinadən xəbər verir ki, cəbhədəki hərbi əməliyyatlar zamanı şəhid olan daha bir əsgər Quliyev Mahir Qədir oğlu dəfn olunub. Dəfn mərasimi izdihamla müşahidə olunub.

Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgər, 1993-cü il təvəllüdlü Mahir Quliyev ermənilərin zirehli texnikasını - tankını məhv etdikdən sonra yaralanıb. Hərbi əməliyyatlar zamanı döyüş dostlarını xilas edərkən düşmən gülləsinə tuş gəlib.

Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmancasına şəhid olan Mahir Quliyev Azərbaycan Texniki Universitetinin məzunudur.

Bakının Yasamal rayonundan götürülən şəhid Müdafiə Nazirliyinin rəsmləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələrinin iştirakı ilə son mənzilə yola salındı.

Şəhid III Fəxri Xiyabanda yaylım atəşinin səsi altında torpağa tapşırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti