Ağdam. Elçin Mehdiyev - Trend:
Aprelin 2-də erməni silahlı birləşmələrinin ağır artilleriyalardan atəş açması nəticəsində dağılmış Ağdam rayonu Sarıcalı kənd orta məktəb binasının təmirinə başlanıb.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə adıçəkilən məktəbin direktoru Aybəniz Məhərrəmova bildirib.
O, qeyd edib ki, yaxın vaxtlarda təmir işlərə başa çatacaq və məktəb istifadəyə veriləcək.
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən bir qrup Bərdə və Ağdam rayonuna gəliblər. Ermənilərin cəbhə xəttinə yaxın yaşayış məntəqələrimizi ağır artilleriyalardan atəşə tutması nəticəsində dağılmış evlərə, həmçinin məktəb binasına baş çəkiblər.