...

BBC Ermənistanın atəşkəs rejimini pozması haqqında reportaj hazırlayıb (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2016 11:40 (UTC +04:00)
Böyük Britaniyanın BBC telekanalı cəbhəyanı zonada çəkilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə reportaj hazırlayıb.
BBC Ermənistanın atəşkəs rejimini pozması haqqında reportaj hazırlayıb (VİDEO)

Bakı. Aygün Bədəlova - Trend:

Böyük Britaniyanın BBC telekanalı cəbhəyanı zonada çəkilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə reportaj hazırlayıb.

Reportajda bəhs edilir ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir, amma bu bölgəyə Ermənistan hərbçiləri tərəfindən nəzarət olunur. Erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağa bitişik digər ərazilərinə də nəzarət edir.

Reportajda bildirilir ki, cari ilin aprelində1990-ci illərin ortalarından bəri uzun və mürəkkəb tarixi olan münaqişənin ən güclü eskalasiyası baş verdi.

Azərbaycanın Ağdam rayonuna səfər edən bir qrup BBC jurnalisti Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən cəmi bir neçə kilometr aralıda yerləşən xəstəxanaya baş çəkib.

Jurnalistlər xəstəxanada müalicə alan yaralılarla, həlak olanların qohumları ilə, ermənilərin atəşi nəticəsində evləri dağılan insanlarla görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti