...

Ermənistan radioaktiv tullantıları Azərbaycanın işğal edilmiş ərazilərində yaya bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2016 14:20 (UTC +04:00)
Ermənistan "Metsamor" AES-in radioaktiv tullantılarını Azərbaycanın işğal edilmiş ərazilərində yaya bilər.
Ermənistan radioaktiv tullantıları Azərbaycanın işğal edilmiş ərazilərində yaya bilər

Bakı. Hüseyn Vəliyev - Trend:

Ermənistan "Metsamor" AES-in radioaktiv tullantılarını Azərbaycanın işğal edilmiş ərazilərində yaya bilər.

Bunu Trend-ə "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri Adil Qəribov deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı nüvə silahından istadə edə biləcəyinə dair təhdidləri növbəti şantajdan başqa bir şey deyil.

A.Qəribov qeyd edib ki, nüvə yanacağı xüsusi hovuzlarda saxlanılır, onun istifadəsinə nəzarət isə bilavasitə Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən aparılır: "Çətin ki, Ermənistan bu yanacaqdan digər məqsədlər üçün istifadə edə bilsin, çünki onun emalı üçün qaynar laboratoriya və ixtisaslaşdırılmış robotlaşdırılmış texnologiyalar lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti