...

Kristian Vigenin: Ermənistan-Azərbaycan münaqişəsinin həllinə parlament dəstəyinin artırılması vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2016 18:36 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini qəbul edib.
Kristian Vigenin: Ermənistan-Azərbaycan münaqişəsinin həllinə parlament dəstəyinin artırılması vacibdir

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla ATƏT Parlament Assambleyası arasında əməkdaşlığın gələcək perspektivləri, regional məsələlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparıldı.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyət, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada münaqişə ilə bağlı yüksək səviyyəli görüşü haqqında məlumat verən nazir E.Məmmədyarov güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı. O əlavə etdi ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.

Kristian Vigenin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə parlament dəstəyinin artırılmasının vacibliyini vurğuladı.

Görüşdə, həmçinin ATƏT PA və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları və ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti