...

Elmar Məmmədyarov: "Rusiyadan silah almağımız onunla izah edilir ki..."

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2016 16:07 (UTC +04:00)
Azərbaycanın Rusiyadan silah alması onunla izah edilir ki, ölkə ərazisinin 20 faizi işğal olunub.
Elmar Məmmədyarov: "Rusiyadan silah almağımız onunla izah edilir ki..."

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycanın Rusiyadan silah alması onunla izah edilir ki, ölkə ərazisinin 20 faizi işğal olunub.

Trend-in məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Rusiya üçün Cənubi Qafqazda sabitlik çox vacibdir: "Rusiya bizim yaxın qonşumuz və tərəfdaşımızdır".

E.Məmmədyarov qeyd edib ki, rəsmi Bakı Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşünü müsbət qiymətləndirir: "Dağlıq Qarabağ ətrafında danışıqlar masasında müəyyən sənəd var, onun üzərində iş aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti